"Ermənistan baş naziri Nikol Paşinyan hökümətin bu gün keçirilən iclasında Laçın dəhlizindəki vəziyyət və rus sülhməramlılarının hərəkətləri ilə bağlı səsləndirdiyi bəyanatların problemlə heç bir əlaqəsi yoxdur. Paşinyan həmişə olduğu kimi, bu biabırçılığı öz üzərindən atmağa çalışır və dediyim kimi, vəziyyətlə heç bir əlaqəsi olmayan bəyanatlar verir".
Missiya.Az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, bu sözləri erməni ekspert Edik Andreasyan deyib.
"Hamı başa düşür ki, sülhməramlı missiyası olan ərazidə heç bir dövlətin hərbçiləri silahsız etirazçılara qarşı silahlı mübarizəyə başlaya bilməz. Laçında isə dəhlizi kimin bağlamasından asılı olmayaraq, o insanlar silahsızdırlar və sülhməramlıların həyatına heç bir təhlükə törətmirlər. Paşinyanın Rusiyaya çağırışı güc tətbiqi də daxil olmaqla istənilən yolla dəhlizin açılmasını nəzərdə tutur. Yəni, Paşinyan çox gözəl bilər ki, Moskvanı Azərbaycana qarşı təcavüzə sövq edir ki, birinci güllədən sonra Bakı Rusiya sülhməramlılarından bölgəni tərk etməyi tələb edəcək", - deyə erməni ekspert bildirib.
Andreasyan qeyd edib ki, Ermənistan "Artsax"ın blokadasının açılması istiqamətində çox şey edə bilər. "Bunun üçün Ermənistana normal hökumət və qərar qəbul edən şəxslər lazımdır. Düşmənlə düşmənçilik edən, müharibədə təslim olan, ən sadə işlərdə iki eşşəyin arpasını bölə bilməyən hakimiyyətdən nə gözləyirsən?", - deyə ekspert vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az