Bu il Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində müsbət tendensiyalarla yadda qalır.
Missiya.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" səhifəsində yazıb.
"İqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi qeyri-neft sektorunda yüksək dinamika ilə nəticələnir", - M. Cabbarov qeyd edib.
Nazir bildirib ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 13,054 milyard ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 % çoxdur.
Hesabat dövründə ölkədə
10,384 milyard manatlıq (bir il əvvəlki göstəricidən
3,4 % çoxdur) kənd təssərrüfatı məhsulu istehsal edilib. Nəqliyyat sektorundan
197,3 milyon ton (+
12,9 %) yük,
1,466 milyard (+
35,5 %) nəfər sərnişin daşınıb,
2,434 milyard manatlıq informasiya və rabitə xidmətləri göstərilib.