Ermənistan cəmiyyətinin əsas müzakirə mövzusu Zəngəzur vilayəti ətrafında baş verənlərdir. Ekspertlər, siyasi şərhçilər, rəsmilər və siravi vətəndaşlar əsasən proseslərin hansı məcraya yönələcəyi barədə təhlillər səsləndirirlər.
Missiya.Az xəbər verir ki, beynəlxalq ekspert Suren Sarkisyan da “Facebook” hesabında maraqlı yazı ilə çıxış edib. O bildirib ki, hazırda Zəngəzur ətrafında baş verənlər ABŞ, Rusiya, Türkiyə və İran üçün çox əhəmiyyətlidir.
Sarkisyan, Zəngəzurun İran üçün çox əhəmiyyətli zona olduğunu deyib.
Sitat:
“Zəngəzur İran üçün xarici sərhəddir. Qoşulmaq istədiyi Avrasiya İqtisadi Birliyi ilə yeganə quru xəttidir. İran bu sərhəddi itirsə, tamamilə Türkiyədən asılı olacaq. Bu, İranın NATO-dan asılı olması deməkdir. Hazırda İran Avropaya, Ermənistan və Gürcüstan vasitəsi ilə çıxır” - sitatın sonu.

Ekspert Türkiyənin də Zəngəzurla bağlı ciddi planlarının olduğunu yazıb. O qeyd edib ki, Zəngəzur ətrafında baş verənlər Türkiyənin “Böyük Turan” layihəsinin həyata keçirilməsi üçün imkanlar yaradır.
Sitat:
“Bu Türkiyənin İslam-türk dünyasındakı təsirini əhəmiyyətli dərəcədə artıracaq. Türkiyə ABŞ və Çin kimi qlobal gücə çevriləcək. Bundan əlavə, Orta Asiya ölkələrinin neft və qaz ehtiyatları Zəngəzurdan keçəcək. Nəticədə Avropa Rusiyadan deyil, Türkiyədən asılı olacaq, Rusiyanın Orta Asiyadakı nüfuzu əhəmiyyətli dərəcə azalacaq” - sitatın sonu.
Sarkisyanın sözlərinə görə, Ermənistan hakimiyyəti bölgədə baş verən proseslərin qarşısını alacaq gücdə deyil və hakimiyyət İrəvanın özünümüdafiəsi üçün yaranan bütün imkanlara xəyanət edir.
Elvin
Missiya.Az