AZ   |   RU
Avropa İnsan Haqları Məhkəməsi Fransanı mühakimə etdi
 
Avropa İnsan Haqları Məhkəməsi dünənki qərarında 3 ailənin təcili sığınacaq tələblərini nəzərə almayan Fransanın Avropa İnsan Haqları Konvensiyasının tələblərini pozduğuna qərar verib.

Missiya.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Məhkəmə Fransanın üç ailəyə ayrı-ayrılıqda 5 min avro və məhkəmə xərcləri üçün ümumilikdə 7150 avro ödəməli olduğunu bildirib.

Xəbərdə bildirilir ki, ikisi Konqolu və biri gürcü olmaqla üç ailə sığınacaq tələblərinə cavab vermədiyini əsas gətirərək məhkəməyə müraciət edib.

Məhkəmənin sığınacaq axtaranlara yaşayış yeri ilə bağlı yardım etmək qərarına baxmayaraq Yuxarı Qaronna Qubernatorluğu bu qərarı yerinə yetirməyib.

Qeyd edək ki, üç ailə 2018-ci ildə sığınacaq almaq üçün Fransaya gəlib.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 9-12-2022, 17:50