"Təhlükə olduğu zaman Türkiyənin terrorla mübarizə haqqı var".
Missiya.Az “haber7com”a istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolz ilə Berlində təşkil edilən ortaq mətbuat konfransı zamanı Norveçin baş naziri Jonas Gahr Store deyib.
“Türkiyənin də təhlükəsizlik problemləri ilə üzləşə biləcəyinə hörmətlə yanaşıram. Lakin bütün tərəflərdən gərginliyə səbəb olacaq hərbi əməliyyatlardan çəkinmələrini xahiş edirəm”, - deyə Store bildirib.
Ölkəsinin İsveç və Finlandiyanın NATO üzvlüyünü dəstəklədiyini vurğulayan Store, iki ölkənin üzvlüyü ilə Avropanın kollektiv təhlükəsizliyə sahib ola biləcəyini vurğulayıb.
Store qeyd edib ki, o, bütün NATO üzvlərinin bu iki ölkənin üzvlüyünə razılıq verməsini gözləyir.
Daşqın Həsənov
Missiya.Az