“Türkiyənin terror təhlükəsinə qarşı özünü müdafiə etmək hüququ var. Lakin bu, İŞİD-lə mübarizəyə maneə yaratmamalıdır”.
Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Kirbi bildirib ki, Türkiyənin müxtəlif bölgələrində, o cümlədən Suriya ilə sərhəddə son illər terror hücumları baş verib.
“Türkiyənin özünü və vətəndaşlarını bu cür hücumlardan müdafiə etmək hüququ var. Eyni zamanda, biz bölgədəki gərginliyi azaltmağa çalışırıq. İlk növbədə, yeni mülki itkilərə səbəb olacaq və ya ilk növbədə Suriyada “İŞİD”lə mübarizə səylərimizə zərər verəcək hər hansı hərəkətin olmasını istəmirik. Suriyada “İŞİD”ə qarşı döyüşən əsgərlərimiz var. Biz istəmirik ki, Türkiyə və ya Suriyadakı hər hansı digər ölkə amerikalıların həyatını təhlükəyə atacaq addımlar atsın. “İŞİD” İraq və Suriyada real təhlükə yaratmaqda davam edir”, - deyə Kirbi vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az