AZ   |   RU
Hulusi Akar bəzi yunan siyasətçilərə xəbərdarlıq edib

Yunanıstandakı bəzi siyasətçilər Türkiyənin səylərini və sülh təşəbbüslərini sabotaj edir.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

“Təəssüf ki, Yunanıstandakı bəzi siyasətçilər bizim iş və sülh təşəbbüslərimizi sabotaj edir. Onlar iki ölkənin hüquq və maraqlarını öz daxili parçalanmalarına qurban verirlər. Eyni zamanda, bu siyasətçilər öz hərəkətləri ilə öz xalqlarının təhlükəsizliyini və rifahını təhlükə altına qoyurlar”, - deyə Akar bildirib. 

“Yunanıstan tərəfi iki ölkə arasında "sülh və sabitliyi pozmaq üçün əlindən gələni etməyə" davam edir. Ankara hər zaman dialoqun tərəfdarıdır. Lakin heç bir halda Türkiyə və Şimali Kiprinin hüquq və maraqlarına məhəl qoymamağa imkan verməyəcəyik”, - deyə Akar vurğulayıb.


Daşqın Həsənov
Missiya.Az


  • 29-11-2022, 10:23