AZ   |   RU
Tovuzda avtomobil qəzası olub, xəsarət alanlar var

Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhər ərazisində qeydə alınıb.

"VAZ" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində rayon sakinləri, 1989-cu il təvəllüdlü Ceyhun Hacıyev və 1986-cı il təvəllüdlü Üzeyir Xaqverdiyev xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


  • 29-11-2022, 10:03