AZ   |   RU
“KTMT sammitinin nəticəsi İrəvan üçün uğursuz oldu” – Erməni deputat

“Bir şeyi etiraf edək ki, Ermənistanın sədrliyi ilə İrəvanda keçirilən KTMT sammiti uğursuzluğa düçar oldu”.

Missiya.Az
“Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı “Ermənistan” fraksiyasının deputatı Qeqam Manukyan deyib.

“KTMT sammitinin nəticəsi Ermənistanın üçün uğursuz oldu. Bu, çox təəssüf doğurur, xüsusən də hər şey Nikol Paşinyanın rəhbərliyi şəraitində baş verəndə”, - deyə Manukyan bildirib.

“Hakimiyyət indi KTMT-nin bağlı qapıları arxasında nə baş verdiyini ört-basdır etməyə çalışır. Paşinyan və Suren Papikyan məşhur sammit ərəfəsində nə edirdilər? Xüsusilə o ikisi sammitə çox yaxşı hazırlaşmalı idilər. Əksinə dünən partiya işləri ilə məşğul idilər. Məlumat var idi ki, iclas keçirilib və partiya məsələlərini müzakirə ediblər. Bu, Papikyan və Paşinyanın bu foruma necə “ciddi” yanaşdığını sübut edir”, - deyə erməni deputat vurğulayıb. 


Daşqın Həsənov
Missiya.Az


  • 25-11-2022, 19:47