AZ   |   RU
Britaniyanın yeni Baş naziri Ukraynaya səfər edəcək

Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak tezliklə Ukraynaya səfər edəcək.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Britaniyadakı səfiri Vadim Pristayko deyib.

O bildirib ki, təhlükəsizlik tədbirlərinə görə səfərin dəqiq tarixi açıqlanmır:

“Amma səfər mütləq baş tutacaq”.

Qeyd edək ki, R.Sunak oktyabrın 25-də ölkənin yeni baş naziri təyin edilib.

Xatırladaq ki, o, hələ seçki kampaniyası dövründə ilk xarici səfərinin Ukraynaya edəcəyini demişdi.

  • 7-11-2022, 18:36