ABŞ prezidenti Co Baydenin İrandakı son etirazlarla bağlı açıqlamaları İran administrasiyası tərəfindən reaksiya ilə qarşılanır.Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ABŞ prezidenti Co Baydenin “İranı azad edəcəyik” sözlərinə cavab verib.
Abdullahiyan ABŞ-ı İrandakı nümayişləri təhrik etməkdə günahlandıraraq, "ABŞ İrandakı nümayişləri təhrik edərkən, digər tərəfdən nüvə anlaşması üçün çalışır " deyib.
İranlı nazir ABŞ prezidenti Baydenin " İranı azad edəcəyik" sözlərinə reaksiya verib və "İkiüzlü münasibətinizə və İŞİD-i dəstəkləməyə son qoyun " sözləri ilə İranın narahatlığını ifadə edib.
Xatırladaq ki. ABŞ prezidenti Co Bayden bir gün bundan əvvəl çıxışında "Narahat olmayın, biz İranı azad edəcəyik” ifadələrini işlətmişdir.
Aqil MusaMissiya.Az