"Tehran rejimi qorxur ki, TARİXİ ƏDALƏT bir gün də Azərbaycanın Cənubu üzərində bərqərar ola bilər"Türk Ağsaqqalları Birliyi - TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov özünün Facebook səhifəsində İranın ölkəmizə qarşı aqressiv davranışları ilə bağlı diqqətçəkən fikirlər paylaşıb.
Missiya.Az Ramin Əhmədovun paylaşımını olduğu kimi təqdim edir.
İranın Azərbaycana qarşı davranışlarında müşahidə olunan xoşagəlməz hallar və Tehran rejimindən qidalanan şəxslərin təhdid ritorikasına söykənən açıqlamalarına əlbəttə ki, təəccüblənmirik. İran ölkəmizə qarşı əslində düşmən münasibəti bəslədiyini zaman-zaman ən müxtəlif formalarda nümayiş etdirib. Bu münasibətdən doğan açıqlamaları, bəyanatları da mollaların dilindən çox eşitmişik. Niyə narahat olduqlarını, nədən, kimdən çəkindiklərini də çox yaxşı bilirik.Heç kəsə sirr deyil ki, İran Azərbaycan torpaqlarının işğalda qalmasında maraqlı olub və Ermənistanın mövqelərini möhkəmləndirmək üçün əlindən gələni əsirgəməyib. Üstəlik, işğal dövründə azərbaycanlılara məxsus evlərin yağmalanması prosesində də yaxından iştirak edib. Təsdiq olunmuş faktdır ki, ermənilər işğal etdikləri Azərbaycan şəhərləri və kəndlərindəki evləri İran şirkətlərinə 200-300 dollara satıblar ki, onlar da daşları, damları sökərək tikinti materialı kimi daşıyıb aparıblar. Bundan başqa, Tehran rejimi Ermənistanın iqtisadi cəhətdən ayaqda qalması üçün də öz yardımlarını əsirgəməyib. İşğalçı ölkəyə, Qarabağdakı separatçılara humanitar yardımların ardı-arası kəsilməyib. II Qarabağ müharibəsi dövründə Tehran hər şey elədi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edə bilməsin. Ermənistanın silahlandırılması üçün tranzit yol imkanlarının yaradılması, Qarabağdakı erməni terror qruplarının yemlənməsi məqsədilə iri həcmli yük maşınlarında ərzaq yardımlarının göndərilməsi gördüyümüz, yaşadığımız həqiqətlərdir. İran hətta öz casusları vasitəsilə əldə etdiyi hırbi əhəmiyyətli məlumatları II Qarabağ müharibəsi zamanı Ermənistana ötürüb. Təkcə bu fakt onu deməyə əsas verir ki, İran mollalarının əlində şəhidlərimizin qanı var.
O da faktdır ki, Azərbaycan İranın İslam əxlaqına, dini baxışlara, söykəndiyini iddia etdiyi dəyərlərə zidd davranışlarına həmişə səbrlə yanaşıb, Tehran rejimi tərəfindən verilən təhdid xarakterli bəyanatlara adekvat qarşılıq verməyib. Biz bütün dövrlərdə normal qonşuluq münasibətlərini qoruyub saxlamağa çalışmışıq. Lakin görünən odur ki, İran mollaları bunu öz dar düşüncələrilə zəifliyimiz kimi qiymətləndiriblər. Yəqin ağılları 90-cı illərin əvvəlinə gedir. Yaxşı olar ki, gözlərini açıb yaxşı baxsınlar. Qarşılarında qüdrəli dövlət, təminatlı ölkə və milli maraqlarımızı hər şeydən uca tutan qətiyyətli lider var. Məhz onun - İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan sürətlə inkişaf edir, qlobal siyasi müstəvidə mövqelərini möhkəmləndirir, dünyanın az qala bir ucundan o biri ucuna uzanan nəhəng enerji layihələrinin əsas iştirakçısına çevrilir. Özünün əsas problemini - Qarabağ münaqişəsini həll etməklə tarixi ədaləti bərpa etmiş Azərbaycan bu gün daha böyük məqsədlərə və hədəflərə doğru inamla irəliləyir. Əlbəttə ki, burada Türkiyə-Azərbaycan qardaşlığını da xüsusi qeyd etməliyik. Bax, İranın qorxduğu da elə budur. Mollaların ermənilərə qucaq açması, donuz əti yeyən Paşinyanın Tehranda öpüşlərə qərq olunması, ölkəmizə qarşı həyasız bir tərzdə hədələr dilə gətirilməsi, birmənalı olaraq güclü olmağımızdan dolayl keçirdikləri qorxu hissindən irəli gəlir. İlham Əliyev mollaların canına elə bir qorxu salıb ki, TARİXİ ƏDALƏTIN bir gün Azərbaycanın Cənubu üzərində də bərqərar olunacağından ehtiyat edirlər.
Əlbəttə, İrandan gələn hədələr bizi öz yolumuzdan çəkindirə bilməz. İlham Əliyevi öz prinsiplərindən, milli maraqlardan irəli gələn siyasi kursundan döndərmək mümkün deyil. Yolumuz açıq olsun, əziz dostlar. İrandan gələn hədələ biz həm də öz BİRLİYİMİZ və HƏMRƏTLİYİMİZLƏ cavab verməliyik. Eyni zamanda ayıq-sayıq olmalıyıq. İslam, din adı altına fars-molla rejiminin məkrli siyasətinə xidmət edən ünsürlərin təsiri altına düşməyək. Onların məkrli planlarının reallaşmaması həm də bizim iradəmizdən asılıdır".