AZ   |   RU
Liz Trass Rişi Sunakı təbrik edib

Bir neçə gün əvvəl Baş nazir vəzifəsindən istefa verən Liz Trass bu gün günortadan sonra Rişi Sunakı liderlik uğrunda yarışda qalib gəldiyinə və Mühafizəkarlar Partiyasının lideri təyin olunması münasibətilə təbrik edib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, Liz Trass Rişi Sunaka tam dəstəyinin olduğunu deyib.


Qeyd edək ki, sabah Liz Trass rəsmi istefa vermək üçün Kralla görüşəcək. Ondan sonra Rişi Sunakın Kral Çarlzla görüşərək rəsmi olaraq Baş nazir təyin olunması gözlənilir.
Xatırladaq ki, Liz Trass və Rişi Sunak yayda Boris Consonu əvəz etmək yarışında bir-birlərinə qarşı yarışmışdılar və nəticədə Liz Trass qalib gəlmişdi.



  • 24-10-2022, 18:45