AZ   |   RU
Masallıda abadlıq və quruculuq işləri davam etdirilir-FOTO

Əbülfəz Asif oğlu Nuriyev Masallı rayon İcra hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin olunub. Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədovun 27 aprel 2021-ci il tarixli müvafiq əmri ilə Əbülfəz Asif oğlu Nuriyev Masallı rayon İcra hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmuşdur.

27 aprel 2021-ci il  Masallı rayon İcra Hakimiyyətinin  müvafiq əmrinə əsasən, Əbülfəz Nuriyev Masallı şəhərinin “loru dildə “desək  mer təyin oldu.  Bəs  Əbulfəz müəllim bu vəzifə gələndən sonra, nələr edir?  Masallıda hansı işləri görür? Düzünü desəm mənədə maraqlı idi çox Gəlin birlikdə tanış olaq.  Bu gün fotoaparatımı da  götürdüm  başladım, rayonda  görülən işləri  çəkməyə  .Nəticə etibarı ilə gördüm ki  ,həqiqətən rayonumuzda  canlanma var. Şəhərin küçələrində sıradan çıxan avtomabil yolları yenidən qurulur,  piyada keçidləri,  yol qırağındakı səkilər yenidən qurulur,   yol nişanları bərpa olunur. Rayonun işıqları yenidən qurulur.Çəkliş vaxtı yeni merimiz, Əbülfəz müəllimlə rastlaşdıq.  Görülən işlərlə  bağlı  söhbət etdik. Əbülfəz müəllim Cənubunsəsi.az xəbər portalına açıqlamsında bildirdi ki,” Hələki yeni təyin olunmuşam, qarşıda  görüləcək işlərimiz çoxdu. Təyin olunduğum gündən , 5 qrupdan ibarət,  rayonda işçi qrupu yaratmışıq.  Rayonda müxtəlif yerlədə  abadlıq və  quruculuq işləri görülür . Qarşıda ki ,günlərdə  çoxlu işlər  görüləcək,  rayonumuzu daha da  abadlaşdıracaqına  söz verdi.” 

Əbülfəz müəllim    bir məsələni də vurğuladı ki,   “bu gün biz , rayonumuz üçün nə etsək azdır  .Masallı , rayonlar arasında seçilən rayonlardandı .Bizdə  əlimizdən gələni  etməyə çalışırıq ki,  rayonumuz daha da , gözəl və abad  olsun . Necə deyərlər,  Əbülfəz müəllimlə  söhbətimizi bitirib çəkilişlərə davam etdik.  Çəkdiyim fotoları sizə, təqdim edəcəm və hər həftə rayonda  görülən işlərn bağlı sizləri məlumatlandıracam.



  • 5-05-2021, 20:53