
Ukrayna müharibəsi, enerji böhranı və artan inflyasiya Avropanı kökündən sarsıdıb. Dövlətlər arasında enerji və təhlükəsizlik siyasətləri ilə bağlı mübahisələr getdikcə dərinləşir
Missiya.Az “Euronews”-a istinadən xəbər verir ki, Avropa İttifaqının iki mühüm ölkəsi Fransa və Almaniya arasında müdafiə və enerji siyasətlərində yaranan böhranla əlaqədar gələn həftə keçirilməsi planlaşdırılan sammit yanvar ayına təxirə salınıb.
Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatında törətdiyi fəsadlardan, enerji böhranının dərinləşməsindən və daim artan inflyasiyadan sonra bir çox ölkə Avropa İttifaqının mövcudluğunu şübhə altına almağa başlayıb.
Berlinin Parisdən xəbərsiz yaratdığı 200 milyard avroluq enerji fondu da daxil olmaqla, təktərəfli aldığı bir sıra qərarlar Fransa rəsmilərini narahat edir. Digər tərəfdən, Aİ ölkələri enerji böhranını cilovlamaq və ortaq yollar axtarmaq üçün dünən iki günlük zirvə toplantısı çərçivəsində bir araya gəlliblər.
Buna baxmayaraq idxal olunan qazın tavan qiyməti ilə bağlı ittifaq daxilində ciddi fikir ayrılıqlarının olması dövlətlər arasındakı əsas problemlərin səbəbi olaraq qalır.
Aqil MusaMissiya.Az