Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin hərbi-sənaye kompleksinin inkişafı ilə tanış olub.
Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Lukaşenko Obuz-Lesnovski poliqonunda silah, hərbi və xüsusi texnikanın döyüş qabiliyyətini yoxlayıb.
“Texnikalarımızı kim alırsa, ona satarıq. Modellərimizin Ukraynada döyüşməsi, əlbəttə ki, arzuolunmazdır. Axı onlar bizimlə eyni soykökə mənsubdurlar”, - deyə Lukaşenko vurğulayıb.
Belarus lideri pilotsuz uçuş aparatlarının istifadəsi, PUA-lara qarşı döyüş vasitələri və tabor taktiki qrupunun çoxpilləli avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi ilə tanış olub.
Daşqın Həsənov
Missiya.Az