AZ   |   RU
“Qarabağ Futbol Klubu”nun zərəri 3 dəfədən çox artıb


“Qarabağ Futbol Klubu” MMC 2020-ci ili 3,775 milyon manat zərərlə başa vurub.

Missiya.Az Report.az-a istinadən xəbər verir ki, zərər 2019-cu ilə nisbətən 3,5 dəfə çoxdur.
Ötən il “Qarabağ Futbol Klubu” əvvəlki illə müqayisədə 40,7 % az – 12,585 milyon manat gəlir əldə edib. Bunun 11,9 milyon manatı nümayiş hüququndan daxilolmalardan (3,1 % az), 637 min manatı isə sair gəlirlərdən (71,7 % çox) əldə olunub.
Ötən il ərzində klubun xərcləri 27,9 % azalaraq 16,076 milyon manat təşkil edib. Bunun 9,011 milyon manatı (30,5 % az) əmək haqqı və mükafatların verilməsinə, 707 min manatı əsas vəsaitlərin amortizasiyasına (2,3 dəfə az), 1,723 milyon manatı qeyri-maddi aktivlərin köhnəlməsinə (41 % çox), 4,633 milyon manatı sair xərclərə (28,4 % az) yönəldilib.
Bu il yanvarın 1-nə “Qarabağ Futbol Klubu”nun aktivləri 29,683 milyon manat olub ki, bu da il əvvələ nisbətən 24 % azdır.
Hesabat dövründə klubun öhdəlikləri 39,6 % azalaraq 7,272 milyon manata, balans kapitalı isə 16,9 % azalaraq 22,411 milyon manata çatıb.


  • 4-05-2021, 15:09