"Norilsk Nikel" mədən-metallurgiya şirkətinin sahibi və prezidenti Vladimir Potanin Rusiyanın ən varlı adamıdır.
Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Bloomberg Billionaires İndex məlumat yayıb. Məlumata görə, Potatinin sərvəti 32 milyard dollardır.
Beynəlxalq reyitinqdə Rusiyanın 2-ci ən varlı adamı kimi isə Novolipetsk Dəmir və Çelik İşlətmələrinin (NLMK) əsas səhmdarı Vladimir Lisin göstərilib. Onun sərvəti 28,4 milyard dollardır.
Qadınlar siyahısına gəldikdə, bu sırada ilk yerdə Wildberries onlayn mağazasının qurucusu və icraçı direktoru Tatyana Bakalçuk qərarlaşıb. O, ilin əvvəlindən 443 milyon dollar qazanaraq sərvətini 9,53 milyard dollara yüksəldib.
Fazil
Missiya.Az