AZ   |   RU
“Əxlaq polisi” öz vəzifəsini yerinə yetirib, qanun hamı üçün qanundur – Rəisi

"Tənqid və etiraz, qarışıqlıq və xaos arasındakı fərq düzgün müəyyən edilməlidir".

Missiya.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu İran dövlət televiziyasında canlı yayımlanan proqramda çıxışı zamanı İran prezidenti İbrahim Rəisi deyib.

Gənc fəal Məhsa Əminin öldürülməsindən sonra 12 gündür davam edən etiraz dalğasını və “əxlaq polisi” kimi tanınan İrşad patruluna qarşı tənqidləri dəyərləndirən Rəisi, hadisələrin hər kəsi kədərləndirdiyini və məsələnin məhkəməyə aparıldığını və hadisənin araşdırılması üçün aidiyyatı qurumlara tapşırıqlar verdiyini bildirib.

Rəisi qeyd edib ki, Əminin ölüm xəbərini alanda ailəsinə zəng edərək da başsağlığı verib. 

Hadisənin məhkəmə-tibb ekspertizası tərəfindən araşdırıldığını və yekun hesabatın bir neçə gün ərzində açıqlanacağını gözlədiklərini söyləyən Rəisi, “İlkin hesabatlar qurumlar tərəfindən verilib, lakin hələlik yekun rəy təqdim edilməyib və təbii ki, yekun rəyi məhkəmə verməlidir”.

2005-ci ildən bu yana ölkədə öz vəzifəsii yerinə yetirən “əxlaq polisi” kimi tanınan İrşad patruluna qarşı tənqidləri də dəyərləndirən Rəisi bunları deyib:

"Bu prosesdə həm mətbuatda, həm qəzetlərdə, həm də ictimaiyyətdə hüquq-mühafizə orqanlarının əməkdaşlarının guya yanlış metodu ilə bağlı fikirlər səslənib. Müxtəlif təkliflər və tənqidlər var. Müzakirələrə müsbət və yaxud mənfi münasibət bildirməkdən qorxmaq lazım deyil. Fərqli fikirlər qəbul edilməli və ifadə edilməlidir. Polisin müdaxiləsinin səhv səhv olduğu düşünülürsə və yeni fikirlər varsa, bu yeni baxışlar müzakirə olunaraq həyata keçirilə bilər. Dəyərləri dəyişdirmək olmaz, amma qanunun tətbiqi mübahisəlidir”.

İran prezidenti "İrşad patrulunun təcrübələrinə yenidən baxılacaqmı" sualına "Qanunun icrasında ən yaxşı üsullar nəzərə alınmalıdır. Biz fərqli fikirlər üçün platforma yaratmalıyıq. Hökumət bu fikirdədir" deyib.

Ölkədə ölümlə nəticələnən etirazlarda baş verən zorakılıq hərəkətlərini "düşmənlərin sui-qəsdi" olaraq xarakterizə edən Rəisi, "Müzakirə, tənqid və hətta bəzi problemlərlə bağlı etirazlar yanlış deyil. Tənqid və etiraz, xaos arasındakı sərhəd qətiyyətli olmalıdır. Dünyanın heç bir yerində qarışıqlıq və xaos qəbuledilməzdir” deyə bildirib.

Xatırladaq ki, sentyabrın 13-də Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra vurularaq xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əminin sentyabrın 16-da ölümü ölkədə kütləvi ixtişaşlara səbəb olub.

İlk olaraq sentyabrın 17-də Emininin doğulduğu Saqqız şəhərində,daha sonra dəfn mərasiminin ardınca Tehranda və ölkənin qərbindəki şəhərlərdə nümayişlər başlayıb.

İran dövlət televiziyası sentyabrın 24-də qeyri-rəsmi rəqəmlərə görə zorakılığa çevrilən nümayişlər zamanı təhlükəsizlik qüvvələri də daxil olmaqla 41 nəfərin həyatını itirdiyini açıqlayıb.

Rəsmilər isə hələlik nümayişlərdə insan itkisi ilə bağlı dəqiq məlumat paylaşmayıb.
 
Teymur ASLANOV
 Missiya.Az


  • 29-09-2022, 11:43