AZ   |   RU
Türkiyə Milli Təhlükəsizlik Şurası bəyanat yayıb

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Missiya.Az
“Anadolu agentliyinə istinadən xəbər verir ki, prezident sarayında keçirilən Türkiyə Təhlükəsizlik Şurasının iclasından sonra bəyanat yayılıb.

Toplantı iştirakçılarına PKK/KCK-PYD/YPG-SDG, FETÖ və DEAŞ terror təşkilatlarına qarşı həyata keçirilən əməliyyatlar barədə məlumat verilib. Bu əməliyyatlar eyni əzm və müvəffəqiyyətlə davam edəcək.

Bəyanatda daha sonra deyilir:

Beynəlxalq hüquq və müqavilələrdən irəli gələn öhdəliklərinə əməl etməyə çağırışlarına baxmayaraq, qeyri-qanuni təcrübələrindən əl çəkməyən Yunanıstanın təxribat xarakterli hərəkətlərini ətraflı müzakirə etdik. Yunanıstanı qeyri-hərbi statuslu adaları silahlandırmağa təşviq edən dairələri sağlam düşüncəyə çağırırıq. Yunanıstanın beynəlxalq sularda mülki gəmini atəşə tutması NATO daxilində müttəfiqlik ruhuna uyğun gəlmir. Yunanıstanı qeyri-hərbi statuslu adaları silahlandırmağa təşviq edən dairələri sağlam düşüncəyə çağırırıq.

Şimali Kipr Türk Cumhuriyyətinin tanınması çağırışı:

ABŞ-ın Rum administrasiyasına qarşı silah embarqosunu ləğv etmə qərarının Aralıq dənizinin şərqindəki vəziyyətə mənfi təsir edəcəyinə inanırıq. Müttəfiqlik ruhuna zidd olan bu qərarın ləğvinə çağırırıq. Türkiyə Kipr xalqını qorumaq və dəstəkləmək siyasətini davam etdirəcək. Şimali Kipr Türk Respublikasının tanınması bu problemin yeganə ədalətli həllidir.

Davamlı sülhə nail olmaq üçün böyük səylər göstərən Azərbaycanın güclü dəstəyi bir daha təsdiqləndi və vurğulandı ki, bu məsələdə iştirak edən bütün aktorlar, xüsusilə də region dövlətləri daimi əsaslarla nizamlanmaya səmimi töhfə verməlidirlər.

Ukraynada davam edən müharibənin tez bir zamanda dayandırılması üçün təcili addımlar atılmalıdır. Bildirilib ki, Türkiyə taxıl dəhlizinin açılması və əsirlərin mübadiləsi ilə bağlı olduğu kimi sülhün təmin edilməsi, humanitar böhranın və qlobal zərərin yumşaldılması üçün səylərini davam etdirəcək.

Liviyada baş verən son hadisələr böyük fədakarlıqla qurulan sülh və dialoq mühitinə xələl gətirməməli, xalqın iradəsini ifadə etməsinə mane olmamalıdır. Ədalətli, azad və etibarlı seçkilər ən qısa zamanda demokratik prosedurlara uyğun keçirilməlidir.


Daşqın Həsənov
Missiya.Az
 


  • 29-09-2022, 11:42