ABŞ prezidenti Co Bayden qatıldığı konfransda dünyasını dəyişən İndiana Respublikaçı Nümayəndəsi Ceki Volorskini səsləyib.
Missiya.Az haberturk.com-a istinadən xəbər verir ki, öz qəribə davranışları ilə gündəm olan ABŞ prezidenti konfransdakı çıxışında: "Ceki buradasan? Ceki haradadır?" ifadələrini işlədib və hərəkətinə heç bir izahat vermədən sözünə davam edib. Habelə, birinci xanım Jill Baydenin Ağ Evdə bu məsələyə dair verdiyi açıqlamada ABŞ prezidentinin qəzadan sonra şok keçirdiyini və əsəblərinin korlandığını bildirib.
Qeyd edək ki, respublikaçı Volorski, keçirilən konfransları maliyyələşdirmək üçün müəyyən edilən qanun layihəsində fəaliyyət göstərən dörd Konqres rəsmisindən biri olub.
Xatırladaq ki, Co Bayden son aylarda vitse-prezident Kamala Harrisoni birinci xanım adlandırmışdı.
Zərintac MAYİSQIZI
Missiya.Az