Təxribatçı addımlar atan və hər fürsətdə Türkiyəni provokasiya etmək üçün açıqlamalar verən Yunanıstan “mümkün müharibədə dəstək vəd edən” Fransa ilə Egey dənizində ortaq təlimlərə başlayıb.
Missiya.Az “haber7com”a istinadən xəbər verir ki, təlimdə Yunanıstanın bütün hərbi gəmiləri iştirak edəcək.
Bildirilir ki, təlimlər oktyabr ayının 1-nə kimi davam edəcək.
“Təlimə Yunanıstanın donanmaya aid bütün döyüş gəmiləri ilə qatılması diqqət çəkir. Afina höküməti ABŞ və Fransa ilə imzalanan müdafiə müqavilələrinə arxalanaraq hərəkət edir”, - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, bu yaxınlarda Yunanıstan baş naziri Kiriakos Mitsotakis bu cür bəyanat səsləndirmişdi: “Türkiyəyə qarşı Yunanıstan yalnız deyil, Avropa və NATO kimi müttəfiqlərimiz var”.
Daşqın Həsənov
Missiya.Az