AZ   |   RU
Ərdoğandan Yunanıstana daha bir mesaj: “Kipr türklərinin təhlükəsizliyi üçün hər şey edəcəyik”

“ABŞ-n Midilli və Samos adalarına külli miqdarda silah, sursat və texnika göndərməsi qəbuledilməzdir”.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, biz Xarici İşlər Nazirliyi vasitəsilə ABŞ və Yunanıstana lazımi xəbərdarlıqlar etmişik.

“Son məktubumuzu sentyabrın 17-də BMT-yə göndərdik. Hüquqi baxımdan bunlar qeyri-hərbi adalardır. Bu adaların silahsızlaşdırılması son dərəcə vacibdir. Onların Lozanna müqaviləsinə əsasən xüsusi statusu var”, - deyə dövlət başçısı vurğulayıb.

Türkiyə lideri ABŞ-ın Kiprin yunan icmasına tətbiq etdiyi silah embarqosunun ləğvini də tənqid edib.

“Hər kəs bilməlidir ki, bu son addım cavabsız qalmayacaq və Kipr türklərinin təhlükəsizliyi üçün hər cür tədbir görüləcək”, - deyə Ərdoğan qeyd edib.
 
Daşqın Həsənov
Missiya.Az


  • 29-09-2022, 10:21