AZ   |   RU
Paşinyanın təyyarəsi Türkiyənin hava məkanında yoxa çıxıb - SENSASSİON İDDİA

Ermənistanın baş naziri Nikol Paşınyanın təyyarəsində yaranan nasazlıq ölkə mediasında geniş müzakirələrə səbəb olub.

Missiya.Az
xəbər verir ki, erməni politoloq Andranik Ovannisyanın telegram kanalında yazdığı iddiaya görə, Paşinyanın 50 min dollara sifariş etdiyi təyyarə Türkiyənin Qars şəhərində radardan itib.

Sitat: “Aprelin 30-da Paşinyanın təyyarəsində “gözlənilməz” texniki nasazlıq ortaya çıxdı. Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti dövlət vəsaitini əsirgəmədən Böyük Britaniyaya məxsus Bermu ərazisində qeydiyyatda olan 50 min dollarlıq təyyarə sifariş edir. Paşinyan gecə yarısı Gürcüstana uçub. Lakin Ermənistanın hava məkanına girmək əvəzinə Türkiyə ərazisində peyda olub. Paşinyanın təyyarəsi Qars şəhəri yaxınlığında bir neçə saat itib”, - sitatın sonu.

Politoloq bildirib ki, bu hekayədə bir çox sual var, amma bir gün həqiqət üzə çıxacaq. Qeyd edək ki, Andranik Ovannisyan bir müddət əvvəl Türkiyə və Ermənistan arasında sərhədlərin açılması ilə bağlı danışıqların getdiyini iddia etmişdi. O, İstanbuldakı erməni icmasına istinadən xəbər yaymışdı ki, qapalı müzakirələr Almatı şəhərində keçirilir və görüşdə “ikitərəfli əlaqələrin qurulması və inkişafına dair protokol” hazırlanır.

Çox ehtimal ki, Ovannisyan Paşinyanın təyyarəsinin Qars şəhərinə Türkiyə nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün eniş etdiyinə ehyam vurmaq istəyir.

Elvin
Missiya.Az


  • 3-05-2021, 11:56