Türkiyənin “Arka Sokaklar” serialında canlandırdığı “Volkan komissar” obrazı ilə yadda qalan, xərçəng xəstəliyinə tutularaq pərəstişkarlarını kədərləndirən Boğaç Aksoy sağaldığını bildirib.
Missiya.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aktyor bu haqda sosial media hesabından paylaşım edib.
“Əziz dostlar, bu gün həyatımın ən həyəcanlı və mənalı günü idi… Uzun müddət davam edən müalicə prosesindən sonra nəhayət ki, həkimimdən uzun gözlədiyim “sağaldın” sözünü eşitdim. Müayinələrim vaxtaşırı davam edəcək, amma dərman günlərim bitdi. Bu müddət ərzində mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu mənim üçün bir dirçəliş hekayəsi idi. Allah mübarizə aparan hər kəsə və ailələrinə güc, qüvvət, səbr və şəfa versin. Yaxşı ki, varsız. Geri qayıdıram!”, - deyə paylaşımda qeyd olunub.