AZ   |   RU
Azərbaycan XİN Pakistana başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistan Respublikasında baş vermiş daşqına görə təəssüf hissi keçirdiyini bildirib.

Missiya.Az xəbər verir ki, bu haqda nazirliyin tviter hesabında qeyd olunub:

“Qardaş Pakistanda baş verən daşqın xəbərindən kədərləndik. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik. Qardaş Pakistan İslam Respublikasının xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk”.

  • 26-08-2022, 21:29