"Biz 4, hətta 5 oyunçu almaq istəyirik. Ancaq real götürsək, 4 transfer yaxşı olardı".
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqibi olan Fransanın "Nant" klubunun baş məşqçisi Antuan Kombuare deyib.
O bildirib ki, hazırda heyətdə olan futbolçuları komandada saxlamaq istəyir. Çünki "Nant"ın yarımmüdafiəçisi Lüdovik Blas "Lill"in maraq dairəsində olduğundan, bazar günü "Tuluza"ya qarşı çempionat matçında oynamaq istəmir. Bununla belə, Kombuare sentyabrın 1-dək daha 4 transfer etmək niyyətindədir. 58 yaşlı məşqçi bunun çətin olduğunu da vurğulayıb:
"Transfer pəncərəsinin son günlərində futbolçu almaq asan deyil. Səhv etməmək üçün ehtiyatlı olmaq lazımdır. Biz bir-birimizi aldatmamalıyıq. Kim ki mənə özü haqda məlumat göndərirsə, onu bloklayıram. Mən transfer gözləyirəm, ancaq həqiqi transfer. Profilə baxıb transfer etməyə biz heç vaxt razılaşmayacağıq.
Ona görə də heç kim bura gəlmir. Mənə oyunçular təklif edirlər, mən də buna əsasən hərəkət edirəm. Heç bir oyunçu mənim razılığım olmadan paltardəyişmə otağına daxil ola bilməz. Əks halda o yolun kənarında oynayacaq".
Mən idmançının rəisiyəm, yalnız idmançının. Gələnləri də, gedənləri də deyirəm. Bu belə olur. Mən qərar vermədiyim üçün bizə təqdim olunan futbolçular barədə yenilik yoxdur. Buna qərar vermədiyim gün burada olmayacağım gündür".