“Kosovoda avtomobil nömrələri və digər problemlərlə bağlı kompromisə gəlmək mümkün deyil”.
Missiya.Az haberglobal.com-a istinadən xəbər verir ki, bu sözləri Serbiya prezidenti Aleksandr Vuçiç Kosovo özünün sosial media hesabında yazıb. Vuçiç qeyd edib ki, Kosovodakı serblərin təhlükəsizliyi təmin ediləcək: “Önümüzdəki günlərdə xalqımızın təhlükəsizliyini qorumaq üçün daha çox çalışacağıq.”
Qeyd edək ki, Aleksandar Vuçiç ötən gün axşam saatlarında Serbiyanın paytaxtı Belqradda ABŞ-nin Qərbi Balkanlar üzrə xüsusi nümayəndəsi Qabriel Eskobar və Avropa Birliyinin Belqrad-Priştina Dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçakı qəbul edib. Xatırladaq ki, Kosovo hökuməti iyulun sonunda serblər də daxil olmaqla hər kəsdən Kosovo şəxsiyyət vəsiqəsi və avtomobil nömrəsini tələb edəcəyini açıqlamışdı. Kosovodakı serblər buna sərt reaksiya verərək ölkənin şimalındakı sərhəd-keçid məntəqələrini bağlayışdı. Bu səbəbdən iki ölkə arasında gərginlik pik həddə çatmışdı. Bu səbəbdən, Kosova hakimiyyəti yeni tələbi sentyabrın 1-nə qədər təxirə salmışdı.
Zərintac Mayisqızı
Missiya.Az