AZ   |   RU
Sprite və Fanta-nın Rusiya üçün hazırlanmış xüsusi alternativi satışa çıxarılacaq

Sentyabrdan Rusiya üçün xüsusi olaraq yaradılmış Sprite və Fanta içkilərinin əvəzedicisi satışa çıxarılacaq.  

Missiya.Az
xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb. Coca-Cola şirkəti rebrenddən əvvəlki dadda olan içkilərin yeni markalarını təqdim edib. Habelə, Dobrıy Limon-Lime limonadı Sprite-ın analoqu kimi xidmət göstərəcək. Öz növbəsində "Fanta" "Dobrıy Orange" sərinləşdirici içkisini əvəz edəcək.  

Qeyd edək ki, Rusbrand assosiasiyasının icraçı direktoru Aleksey Popoviçov bildirib ki, logistikaya dair problemlər fonunda alternativlər satılmağa başlayacaq. Onun sözlərinə görə, “Coca-Cola” şirkəti düzgün konsentrat idxal etdiyi zaman müəyyən problemlərlə üzləşib. Oçakovo, həmçinin bildirib: “Coca-Cola Rusiyanı tərk etdikdən sonra içki qıtlığına yol verməyəcəklər”.

Xatırladaq ki, iyunda  Rusiyada Sprite-ın bir daha satılmayacağı xəbəri yayılmışdı.

 Zərintac Mayisqızı
 Missiya.Az


  • 23-08-2022, 14:41