AZ   |   RU
Putin-Tramp görüşünün PROQRAMI AÇIQLANDI

Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçiriləcək görüş proqramı artıq razılaşdırılıb.


Missiya.Az xəbər verir ki, bunu jurnalistlərlə keçirdiyi brifinqdə Rusiya liderinin köməkçisi Yuri Uşakov deyib. 


"Görüş, yaxşı bildiyiniz kimi, Alyaskada, Ankoricdə baş tutacaq və xüsusilə Elmendorf-Riçardson hərbi bazasının binalarından biri istifadə olunacaq", - o qeyd edib. 


Uşakovun sözlərinə görə, dövlət başçıları əvvəlcə təkbətək danışıq aparacaqlar. Sonra iki ölkənin nümayəndə heyətlərinin üzvlərinin də iştirak edəcəyi işçi səhər yeməyi formatında danışıqlar baş tutacaq: 


"Danışıqların əsas mövzusu Ukrayna münaqişəsinin həlli olacaq. Bundan əlavə, Putin və Tramp aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar. Rusiya və Amerika liderlərinin ikitərəfli əməkdaşlıqla bağlı məsələlərə toxunacağı gözlənilir". 


Xatırladaq ki, Putin və Tramp arasında görüş avqustun 15-də yerli vaxtla saat 11:30 radələrində (Bakı vaxtı ilə saat 23:30) keçiriləcək.



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 14:23