AZ   |   RU
Britaniya Baş naziri ilə görüş məhsuldar keçib - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Key Starmerlə mühüm ikitərəfli görüş keçirib. 


Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat verib.


Bildirilib ki, onlar təhlükəsizlik zəmanətləri, pilotsuz təyyarələrin istehsalına investisiyalar və hərbi dəstəyin artırılması imkanlarını müzakirə ediblər. 


Zelenski qeyd edib ki, onun Starmerlə söhbəti məhsuldar olub.



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 16:56