AZ   |   RU
Emmanuel Makron Əlcəzairə səfər edəcək

Fransa prezidenti Emmanuel Makron gələn həftə Əlcəzairə səfər etməyi planlaşdırır.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə şənbə günü Yelisey sarayından bildirilib.

Makron, Əlcəzair Prezidenti Əbdülməcid Tebbunun dəvəti ilə bu ölkəyə səfər edir.
Bu, Makronun Parislə sıx işgüzar əlaqələri olan Şimali Afrika ölkəsinə ikinci rəsmi səfəri olacaq.

Böyük təbii qaz ehtiyatları malik Əlcəzair son vaxtlar Rusiyanın qaz idxalını azlatdığı bir vaxtda Avropa İttifaqının da diqqət mərkəzinə çevrilib.
Xatırladaq ki, Fransa ilə Əlcəzair arasında münasibətlər Emmanuel Makronun Əlcəzair millətinin varlığına şübhə ilə yanaşan açıqlamalarından sonra pisləşmişdi.


  • 20-08-2022, 22:46