AZ   |   RU
Çempionlar Liqası: "Qarabağ" - "Viktoriya" oyunu başlayıb
Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" Plzen komandası arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.

Missiya.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:45-də start götürüb. Matçı Sloveniyadan olan FIFA referisi Slavko Vinçiç idarə edir.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendə olacaq.

  • 17-08-2022, 20:49