Cümə axşamı 29 May 2025 / 0:01:24
                    AZ   |   RU
Rusiya Hökumətinin sədri ilə Azərbaycanın Baş naziri arasında telefon danışığı olub

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin avqustun 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

Bu barədə Missiya.Az-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Telefon danışığı zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi perspektivləri müzakirə edilib.

Həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • 17-08-2022, 17:34