AZ   |   RU
Dövlət Turizm Agentliyi yanğınların turizmə vurduğu ziyanı araşdırır

Dövlət Turizm Agentliyi (DTA) Qəbələ, Şabran, Quba və Siyəzən rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlar nəticəsində həmin ərazilərdə olan turizm infrastrukturuna dəymiş ziyan araşdırır.

Missiya.Az
Report-a istinadən xəbər verir ki,bu barədə qurumdan bildirilib.

“Rayonlarda baş verən məlum yanğınlarla bağlı prosesləri izləyirik.

Aidiyyəti strukturlara sorğular vermişik və bu istiqamətdə məlumatları toplayırıq.

Bundan sonra isə turizm infrastrukturuna dəyən ziyanın miqyası müəyyənləşəcək”,- deyə açıqlamada qeyd olunub.

Şabranda yerləşən hotelin nümayəndəsi isə AzTV-yə açıqlamasında bildirib ki, yanğın hotelə yaxınlaşır. Əgər təhlükə yaranarsa təxliyyə işləri həyata keçirilə bilər.

Yanğın ötən gündən Quba və Şabran rayonlarının dağlıq ərazilərindəki meşə sahəsində başlayıb, tədricən Qəbələ və Siyəzən rayonlarının meşəlik ərazisinə keçib.


  • 17-08-2022, 16:25