ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Floridadakı mülkündə axtarışlar zamanı tapılan sənədləri ölkənin Federal Təhqiqat Bürosuna (FTB) könüllü olaraq verməyə hazır olduğunu bildirib.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə siyasətçinin mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, aşkar edilmiş sənədlər məxfilikdən çıxarılıb və axtarış aparıb onları ələ keçirməyə ehtiyac olmayıb.
“Onlar siyasət oynamadan və Mar-a-Lago-ya girmədən istənilən vaxt bunu əldə edə bilərdilər. FTB bu sənədləri təhvil verməsini yalnızca xahiş edə bilərdi”.