Çərşənbə axşamı 20 May 2025 / 13:20:28
                    AZ   |   RU
FTB Trampın evindən 11 məxfi sənəd tapıb

ABŞ-ın sabiq prezidenti, Donald Trampın malikanəsində axtarışlar zamanı 11 məxfi sənəd tapılıb.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” xəbər yayıb.

Federal Təhqiqatlar Bürosunun (FTB) apardığı araşdırma zamanı sənədlərin bəzliərində “tam məxfi” sözləri qeyd olunub.

Günün əvvəlində FTB-nin Trampın mülkündə nüvə silahı ilə bağlı məxfi sənədlər üçün axtarış apardığı bildirilmişdi.

Avqustun 8-də yüzə yaxın FTB əməkdaşı Trampın Mar-a-Laqodakı mülkünə basqın edib.

Axtarışlar eks-prezidentin Ağ Evdən götürdüyü iddia edilən sənədlərlə bağlı ola bilər. Bununla belə, Vaşinqton vəziyyətdən xəbərsiz olduğunu bildirib.

  • 12-08-2022, 22:15