AZ   |   RU
Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb

“Şuşa virtual təbliğat mərkəzi” adlı layihənin icrasına başlanılıb.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, layihəni “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirir.

Təşkilatın sədri Anar Xəlilovun sözlərinə görə, Şuşanın virtual təbliği məqsədi ilə sayt yaradılacaq. Sayt bir neçə dildə fəaliyyət göstərəcək.

İnternet resursda Şuşa şəhərinin tarixi, tarixi-mədəniyyət abidələri, eksponatları, Şuşa rayonunda yazıb yaratmış tarixi şəxsiyyətlər, erməni quldurlarının işğal dövründə Şuşa şəhərində yaşayış və qeyri-yaşayış binalarına, eləcə də Qala şəhərin təbiətinə vurduğu ziyan, Azərbaycanın mədəniyyət paytaxtının iqtisadiyyatı, statistikası, işğaldan azad olunandan sonra Şuşa şəhərinin bərpası istiqamətində görülmüş işlər haqqında məlumatlar yerləşdiriləcək.

Bundan başqa, saytda vitual kitabxana, muzey, fotoqalereya, Şuşa haqqında çəkilmiş sənədli filmlər, videoçarxlar, böyük qayıdış ərəfəsində şuşalıların fikirləri və Şuşa rayonuna qayıdışdan sonra görəcəkləri işlər haqqında informasiyalar yayımlayacaq. Həmçinin layihə çərçivəsində Şuşa haqqında sənədli film də çəkiləcək.

  • 12-08-2022, 18:47