İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Astara valisi və bu şəhər əhalisinin parlamentdəki nümayəndəsi ilə birlikdə Astara şəhərində milli və beynəlxalq dəmir yolu terminalı layihəsinin, eləcə də Astaraçay üzərində tikilməkdə olan körpünün son vəziyyəti ilə tanış olub.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, Seyid Abbas Musəvi Azərbaycanla müştərək layihələrin əhəmiyyətini vurğulayaraq bildirib ki, Astara “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm nöqtələrindən biridir.
“Bu işlərin tamamlanması layihənin regional və beynəlxalq əhəmiyyətini daha da artıracaq. Tezliklə iki ölkənin nazirləri bu layihələrin son vəziyyətini və digər tranzit məsələləri nəzərdən keçirmək üçün görüşəcəklər.
İran səfiri həmçinin tranzit və gömrük məsələlərin nəzərdən keçirilməsi həmçinin Şimal-Cənub Qlobal Dəhlizinin marşrutlarının şaxələndirilməsi üçün yaxın gələcəkdə İran, Azərbaycan və Rusiya arasında keçiriləcək üçtərəfli görüş barədə məlumat verib.