AZ   |   RU
Neft cüzi ucuzlaşıb

Dünya bazarlarında “qara qızıl”ın qiymətində cüzi eniş qeydə alınıb.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,21% ucuzlaşaraq 1 bareli 96,45 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 0,22% aşağı düşərək 1 bareli 90,56 ABŞ dolları təşkil edib.

Ucuzlaşmaya İrandan neft tədarükünün bərpa perspektivləri səbəb olub. Yaxın zamanda Vyanda İranın nüvə proqramı üzrə danışıqların növbəti mərhələsi keçiriləcək. İran nüvə proqramından imtina edəcəyi təqdirdə rəsmi Vaşinqton bu ölkədən neft ixracına tətbiq edilən sanksiyaları aradan qaldıra bilər. Tərəflər arasında razılıq əldə olunarsa İran 8-10 ay ərzində gündəlik neft hasilatını təqribən 1 milyon barel artıra bilər.


Baxış sayı: 71
  • 9-08-2022, 09:40