AZ   |   RU
İsrailin Baş naziri Netanyahu ilə ölkənin milli təhlükəsizliyini müzakirə edib

İsrailin Baş naziri Yair Lapid müxalifət lideri Benyamin Netanyahu ilə görüşüb.

Missiya.Az
“Report”a istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Görüşdə Yair Lapid Netanyahuya ölkənin milli təhlükəsizliyi barədə məlumat verib.

İclasda Baş nazirin hərbi katibi, general-mayor Avi Gil də iştirak edib.

Qeyd edək ki, iki siyasətçinin görüşü İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında “Sübh” adlı yeni hərbi əməliyyatı fonunda baş tutub.


  • 7-08-2022, 17:37