Qəzza zolağından İsrailə 580-dən çox raket atılıb.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
Hesablamalara görə, “İslami Cihad” terrorçuları cümə günündən bu günə kimi 580-dən çox raket atıblar. Bunlardan 470-i İsrail ərazisinə çatıb, 120-si
Qəzza zolağına düşüb.
Bəzi raketlər İsrail yaşayış məntəqələri ərazisində partlayıb. Ölən və yaralananlar barədə məlumat verilmir.
Hərbçilər əhalinin məskunlaşdığı ərazilərə atılan raketlərin zərərsizləşdirilməsində 97 % səmərəlilik nümayiş etdirdiklərini bildiriblər. Hazırda raket hücumları davam edir.