AZ   |   RU
Baydenin ikinci COVID testinin nəticəsi məlum olub

ABŞ Prezidenti Co Bayden ikinci dəfə COVID testindən keçib.

Missiya.Az 
APA-ya istinadən xəbər verir ki, testin nəticəsi mənfi olub.

Bu barədə onu müalicə edən həkim bildirib.

Qeyd edək ki, həkim əvvəlcə bildirmişdi ki, Prezident özünü yaxşı hiss etsə də, növbəti mənfi nəticəli Covid-19 testinədək özünütəcrid rejimi davam
edəcək.

Xatırladaq ki, iyulun 21-də müsbət nəticəli Covid-19 testindən sonra Co Bayden fəaliyyətini təcrid rejimində davam etdirib.


  • 7-08-2022, 16:50