AZ   |   RU
Azərbaycan nefti bahalaşıb
 
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 5-də 98,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,84 dollar/barel çoxdur.

Missiya.Az
xəbər verir ki, bu barədə ölkənin neft-qaz bazarı məlumat yayıb.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 96,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,87 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 3,47 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 101,41 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,64 dollar/barel çoxdur.


  • 6-08-2022, 09:33