AZ   |   RU
Lavrov və Blinken Kambocada görüşəcək
 

ABŞ Dövlət katibi Entoni Blinken və Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Kambocada görüşəcək.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Şübhə etmirəm ki, əgər onun (Entoni Blinken – red.) Lavrovla söhbət etmək imkanı olarsa, bunu edəcək. Əgər bu, birbaşa baş verməsə, əminəm ki, katib Blinken özü görüş istəyəcək" - deyə Kirbi bildirib.





  • 4-08-2022, 22:20