AZ   |   RU
Rusiya qondarma rejimin bayrağından imtina etdi - "Qisas" əməliyyatının nəticəsi - FOTO
Rusiya sülhməramlılarının komandanı Volkovun Qarabağdakı “etnik ermənilər”lə görüş keçirib. 

Missiya.Az
xəbər verir ki, görüş zamanı masaya Azərbaycan bayrağının qoyulması diqqət çəkib. 

Siyasi analitik Asif Nərimanlı görüşdə Azərbaycan bayrağının qoyulmasını və qondarma rejimin bayrağının görünməməsini belə şərh edib: "Bu müharibədən sonra ilk hadisədir. İndiyə qədər sülhməramlılar separatçıların qondarma “bayrağı” ilə poz verirdilər. Ermənilərlə görüşdə Azərbaycan bayrağının olması həm də onlarda separatçı rejimin gələcəyinin olmadığı fikrinin formalaşması baxımından əhəmiyyətlidir."

Asif Nərimanlı qeyd edib ki, masada Azərbaycan bayrağının olması Ordumuzun "Qisas" əməliyyatının nəticəsidir: "Rusların bunu sevdikləri, yaxud istədikləri üçün etmədiyi də bəllidir. Son əməliyyatdan sonra Bakının sülhməramlılar qarşısında tələblərindən biri də bu ola bilər."



  • 4-08-2022, 21:59