AZ   |   RU
“Lavrov azərbaycanlı və erməni həmkarları ilə sıx təmasdadır”
 
“Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağdakı vəziyyətlə bağlı azərbaycanlı və erməni həmkarları ilə sıx təmasdadır”.

Missiya.Az
“Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında deyilir:

“Rusiya sülhməramlıları vəziyyətin sabitləşməsi üçün zəruri səylərini göstərir. Hər iki tərəflə bütün kanallar və bütün səviyyələrdə, o cümlədən ali rəhbərlik səviyyəsində fəal iş aparılır”.

Qeyd edək ki, avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulub. Nəticədə əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Həmçinin Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.


  • 4-08-2022, 21:36