AZ   |   RU
Ukrayna hərbi əsirlərə görə BMT-yə çağırış edib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ukraynalı hərbi əsirlərin saxlanıldığı Yelenovkadakı həbsxanaya zərbə ilə bağlı BMT-yə çağırış edib.
Missiya.Az
xəbər verir ki, ukraynalı nazir bu barədə "Twitter"də bildirib.

“Azovstal”dan ukraynalı hərbçilərin təxliyəsinə şərait yaratmış BMT-ni Rusiyanı Yelenovka həbsxanasını atəşə tutduğuna görə qətiyyətlə qınamağa və bu dəhşətli cinayətin bütün faktlarını müəyyən etmək üçün əraziyə səfər etməyə çağırıram. Mən həmçinin BQXK-nı ukraynalı bütün hərbi əsirlərin vəziyyətini yoxlamağa çağırıram", - nazir vurğulayıb.

  • 29-07-2022, 20:36