AZ   |   RU
Almaniya Ukraynaya körpüdöşəyən tanklar göndərəcək

Almaniya müdafiə naziri Ukrayna qüvvələrinə 16 BIBER körpüdöşəyən tank göndərilməsi barədə qərar qəbul edib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

“BIBER Ukrayna qüvvələrinə döyüş zamanı su və maneələri keçməyə imkan verəcək”, - nazirliyin bəyanatında qeyd olunub.

Vurğulanıb ki, 6 sistemdən ibarət ilk partiya payızdan başlayaraq bu il Ukraynaya çatdırılacaq. Digər 10 sistemin isə gələn il tədarük edilməsi nəzərdə tutulub.


  • 29-07-2022, 19:36