AZ   |   RU

Polad Alemdar “Sarallar” cinayətkar qruplaşması ilə bağlı dindirildi - FOTOLAR


“Sarallar” cinayətkar qruplaşmasına qarşı aparılan istintaq tədbirləri ilə əlaqədar müğənni Aylin Coşkun, aktyorlar - Necati Şaşmaz, Ertan Petekkaya və Sinan Engin də daxil olmaqla bir neçə məşhur polis bölməsinə çağırılıb. 

Missiya.Az
haberler.com-a istinadən xəbər verir ki, bölmədə onların ifadəsi alınıb. 
 
Qeyd edək ki, ötən həftə İstanbulun 13 vilayətində “Sarallar” cinayətkar qruplaşmasına qarşı keçirilən əməliyyat çərçivəsində aralarında dəstə başçısı Alaattin Saral da daxil olmaqla 119 şübhəli saxlanılıb.  

Əməliyyat çərçivəsində 46 sənədsiz tapança, 55 patron qutusu, 6 ov tüfəngi, qələm şəkilli sui-qəsd silahı, min patron, polad jilet, çoxlu çek, rəqəmsal materiallar, 900 min dollar və 413 min avro aşkarlanıb.
 


Zərintac Mayisqızı
Missiya.Az

Baxış sayı: 99
  • 5-07-2022, 16:44